Bağça müdirəsi dövlət obyektini BİZNESİNƏ ÇEVİRİB... - NAZİRİN NƏZƏRİNƏ...
Uşaq bağçaları, məktəblərlə bağlı məsələyə bir az dərindən yanaşmaq istəyirik.
Rüşvətxorluq əslində əxlaq məsələsidir.
İllər öncə Kənd Təsərrüfatı Nazirliyində milliyətcə ukraynalı olan xanım əməkdaşımız mənə səmimi şəkildə dedi ki, birinci dəfə rüşvət alanda elə bildim ki...əxlaqımı pozdular...
Sonra müəllim işləyən bir tələbə yoldaşım mənə dedi ki, şagirdin atası cibimə pul qoydu...1 ay o pula əl vura bilmədim..
Bəli, çoxları başa düşmür ki, vermək və almaq ciddi mənəviyyat məsələsidir.
Mən niyə kimdənsə rüşvət almalıyam, niyə kiməsə rüşvət verməliyəm...?
Əslində bu haqlı suallardır...
Sözün qısası, rüşvət almaq və rüşvət vermək...çox üzr istəyirik...pis yola düşmək kimi bir əməldir...
İnsan buna zaman-zaman hazır olmalıdır...
Yəni insanı rüşvətə cəlb etməyin yolu asan məsələ deyil.
Belə bir el məsəli var ee....babam can verdi....versə ondan yaxşı idi...
Biz niyə bu məsələyə bu qədər vaxt ayırırıq...?
Çünki istəyirik rüşvətin mahiyyətini izah edək.
İndi keçək əsas məsələyə.
Bəli, rüşvət, ilk olaraq doğum evlərindən başlayır.
Uşaq dünyaya rüşvətlə gəlir.
Amma dünyaya yenicə gələn uşaq bunu bilmir. Amma..
Əmması odur ki, azyaşlı uşaq bağçasına, yaxud ilk məktəbə gedəndə rüşvətin nə olduğunu anlamağa başlayır.
Belə ki, bağçaya gedən uşaq müəlliməsinə ilk dəfə rüşvət verir.
Sonra ibtidai sinifdə oxumağa başlayan 7-8 yaşlı uşaq artıq müəlliminə bayramlarda pul, hədiyyə verməyi öyrənir.
Yəni əslində uşaq bağçaları, məktəblər ilk rüşvət vermək təcrübəsi üçün gənc nəsli öyrədir.
Sözümüzün canı odur ki, biz uşaqlarımızı bağçadan, məktəbdən başlayaraq rüşvətə yoluxdururuq.
Bu uzun girişimizin səbəbi odur ki, biz bir cəmiyyət olaraq bu məsələnin kökünü tapıb onunla mübarizə etməliyik. Yoxsa, icra başçısını həbs etməklə problem həll olunan deyil...
Sözün qısası, uşaqlarımızı rüşvətə yoluxduranlardan biri də Bakıdakı 246 saylı uşaq bağçasının müdirəsi Xalidə Ələkbərovadır.
Heç kimə sirr deyil ki, dövlətimiz, Prezidentimiz, Birinci Vitse-Prezidentimiz, Heydər Əlyev Fondu son 20-30 ildə məktəblərin, uşaq bağçalarının qayğısına qalıblar.
Məhz Heydər Əliyev Fondunun təşkilatçılığı ilə onlarla uşaq bağçası, internat evləri yüksək səviyyədə təmir edilib və yenidən tikilərək istifadəyə verilmişdir. Ölkə başçımız İlham Əliyev paytaxt bağçalarının təmiri və yenidən qurulması, uşaqlar üçün müasir standartlara uyğun şəraitlərin qurulması üçün dövlət büdcəsindən hər il icra hakimiyyətlərinə vəsaitlərin ayrılması ilə bağlı sərəncamlar verir. Bütün bunlar bir daha onu göstərir ki, Prezidentimiz İlham Əliyev və onun xanımı Mehriban Əliyeva uşaqların daim qayğısına qalırlar. Lakin təəssüflər olsun ki, hələ də bəzi yerlərdə görülən bu yüksək səviyyəli işlərə kölgə salanlar da var…
Bəli, Bakıdakı 246 saylı uşaq bağçasının müdirəsi Xalidə Ələkbərova hər dəfə ərazidə yaşayan valideynlərin müraciəti ilə medianın “ulduz”una çevrilir.
Bəli, deyilənə görə Xalidə Ələkbərova bağçaya düzəlmək istəyən hər uşaqdan 300 manat alır. Sonra isə…
Bəli, sonra isə hər ay fond pulu adı altında 40-50 manat alır.
Bu qadın o qədər həddini aşıb ki, heç kimi saymır, “Mənə heç kim heç nə edə bilməz, yuxarıdan göndərilən yoxlamaların, jurnalistlərin pulunu artıqlaması ilə vermişəm, hamını susdurmuşam, nə deyirlər, desinlər” deyərək hamıya meydan oxuyur.
Bu adam uşaq bağçasını sanki korrupsiya yuvasına çevirib, bağçada xeyli sayda “ölü canlar” saxlayır.
Bəli, bağçadakı ölü canların maaşını Xalidə Ələkbərova alır.
Amma bir mahnıda deyildiyi kimi…Xalidə tellərini düzəldir…kimsə onun xatirinə dəyə bilməz.
Bəli, bəzi qüvvələr Xalidə Ələkbərovanı qoruyur, çünki onun biznesinə şərikdirlər.
Amma rüşvətin, korrupsiyanın, qanunsuzluğun bir həddi, qırmızı xətti var.
Əgər məmurun əməlləri artıq…dövlətçiliyimizə, gələcəyimizə təhlükə törədirsə, hamımız, elliklə ona qarşı olmalıyıq.
Ona görə də valideynlər Xalidə Ələkbərova və onun kimi bağça müdirələrinin vəzifəsindən uzaqlaşdırılmasını tələb edirlər.
Yazıda müxtəlif saytların materiallarından istifadə edilmişdir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//