Yaqub Eyyubovun Pirverdiyevlə şərikliyi - İLGİNC
Baş nazirin birinci müavini Yaqub Eyyubov Qusarda böyük torpaq sahələrini və fındıq bağlarını "Azərenerji"nin keçmiş rəhbəri Etibar Pirverdiyevlə şərik alıb. Söhbət ümumilikdə 344 hektar sahədən gedir.
“Yeni Sabah” xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.
C.Həsənli bildirib ki, ərazinin 98 hektarı Qusarın Çubuqlu, 246 hektarı Həsənqala kəndinin torpaqlarını əhatə edir: “Hansı ki, həmin ərazilər adıçəkilən kəndlərin sakinlərinə məxsus olub və xeyli əvvəl "QRANT QARDEN" MMC tərəfindən zəbt edilib. "QRANT QARDEN" MMC-nin sahibi Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzlinin yaxın adamı kimi tanınan zəngilanlı işadamı Xaliq Abbasovdur. Xaliq Abbasovun müxtəlif şəxslərin adına banklara böyük miqdarda borcu olduğu haqqında dəfələrlə məlumat yayılıb. Görünür Xaliq Abbasov bu səbəbdən torpaq sahələrini Yaqub Eyyubova satmalı olub”.