Gündəm

Ağdam rayon Nəqliyyat MMC-nin "Yeni Rəhbəri Sərxan"kişinin köməkçisi Taryel bəyin "VƏD"VERMƏ hiyləsi

Ağdam rayon Nəqliyyat MMC-nin "Yeni Rəhbəri Sərxan"kişinin köməkçisi Taryel bəyin   "VƏD"VERMƏ hiyləsi

Hörmətli oxucular öncələr Ağdam rayon nəqliyyat MMC-nin rəhbəri Taryel Qədimovun MMC-NİN sürücülərinə qarşı etdiyi neqativ hərəkətləri haqqında sizə məlumatlar verilmişdir. Bir azacıq həmin məlumatları sizə xatırlatmaq istərdim. Belə ki, Taryel bəy həmin sürücülərin haqlarını istismar edərək onların haqlarını mənimsəmişdir. Əmək haqqı kartlarını və kartdakı pulları, Pandemiya dövründə Cənab Prezidentin həmin vaxtlar 3ay işləməyən insanların sosial təminatlarını yaxşılaşdırmaq məqsədi ilə ayırmış olduğu 250 manat (hər ay üçün ) pulu mənimsəmişdir. Bu məqsədlə də incidilmiş və hüqüqları pozulmuş sürücülərin hər biri bu neqativ halları səbəb gətirərək sözügedən MMC-yə rəsmi məktub ünvanlayaraq işləmədiklərini bildirmişlər. Eyni zamanda hüquqlarının MMC-nin rəhbəri Taryel bəy tərəfindən pozulması, onların təhqir və təhdid olunması barəsində şikayətlərini Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov rədd etmişdir. Hal-hazırda həmin sürücülərə qarşı təhdidlər davam edir.Taryel bəy öz çirkin əməlini ört -basdır etmək üçün şəhid ailəsi olan Sərxan adlı rayon sakini yaşlı bir kişini öz günahlarına şərik edərək sürücülərə elan etmişdir ki, bu kişini görürsüz artıq sizin müdiriniz bu adamdır. Mən də bu adamın köməkçisiyəm. Buradan Sərxan kişiyə belə bir sual olunur: Hörmətli Sərxan bəy sizin rəhmətlik oğlunuz torpaq uğrunda, Vətən uğrunda mənfur erməni faşistlərinə ilə vuruşaraq qəhrəmancasına Şəhid oldu. Bu qəhrəmanımıza tərbiyə verib vətənpərvərlik ruhunda böyütdüz. Ancaq bu gün sadə zəhməti ilə dolanan insanların əməyini həyasızcasına istismar edib mənimsəyən insana arxa durursunuz. Səbəb nədir? Çox xahiş edirik Şəhidimizin ruhuna hörmətlə yanaşın incitməyin.
Hörmətli oxucu! Fikrinizi yayındırmayın. Qayıdaq Taryel bəyin növbəti hiyləsinə...


Oxşar xəbərlər