Gündəm / Sosial / Bölgə

Ağdam rayon Nəqliyyat MMC-nin rəhbəri Taryel Qədimovun yeni "BİZNES SƏRGÜZƏŞTLƏRİ " - VİDEOLAR

Ağdam rayon Nəqliyyat MMC-nin rəhbəri Taryel Qədimovun yeni "BİZNES SƏRGÜZƏŞTLƏRİ " - VİDEOLAR

QAYNARXETTMEDİA: - Ağdam rayonunun aşağıda adları qeyd olunan və imzalarıyla təsdiq edilən bir qrup sürücüləri rayonda fəaliyyət göstərən Nəqliyyat MMC-nin rəhbəri Taryel Qədumov tərəfindən aldadıqlarını bildirirlər. Belə ki, hər ay 250 manat maaş verəcəyini vəd edən Taryel Qədumov onları rəhbərlik etdiyi Ağdam rayon nəqliyyat MMC-yə müqavilə əsasında işə götürmüşdür. Lakin sürücülər işə başlayarkən müəyyən neqativ hallarla qarşılamışlar. Taryel Qədumov üstünlüyü özünün şəxsi 5 maşınına vermiş, gündəlik 5-6 dəfə reys qrafikinə şalmış, qalan sürücüləri isə 1 dəfə fəaliyyət xəttə çıxmağa icazə vermişdir. Bu azmış kimi Taryel Qədumov onlara gündəlik 11 manat verməlisən deyə "plan" qoyub. Aylıq əmək əmək haqlarını 147,137 manat yazaraq onu da kartdan çıxararaq özü mənimsəyir. Bəzi sürücülərin kartı hələ də Taryel Qədumovdadır. Sikayətcilər iddia edir ki, bu azmış kimi ölkə prezidentinin fərmanı ilə verilmiş 3 ay, hər ay 250 manat olmaqla yardımı da Taryel Qədumov özü mənimsəyib. Onların bəzilərinə həmin puldan 1 ay, bəzilərinə 3 ay 60 manatdan verib. Belə qanunsuzluqlarla qarşılanan sürücülər ona öz etirazlarını bildirdikdə direktor onları yol polisinin rəisi ilə hədələyib və həttda yol polisi tərəfindən bir necə cürücüyə cəza da veriblər. Şikayətci sürücülər aidiyyatı qurumlardan haqsızlığa son qoyulmasını tələb edirlər.

E.DİLBAZİ.






Oxşar xəbərlər