"Ağdam Nəqliyyat" MMC-nin rəhbəri indi də Şəhid atası Sərxan kişini öz çirkin oyununa bulaşdırır - VİDEO
"Ağdam Nəqliyyat" MMC-nin rəhbəri 70 yaşlı, əlində çəlik Şəhid atası Sərxan kişinin əlindən tutub şikayət edən sürücülərə təqdim edərək deyir ki, bu sizin yeni müdirinizdir, mən də onun köməkçisi. Yəni gətirin günlük planı 18 manatdan verin. Bu da Taryel müəllimin son "hiyləsi". Hansı sənədlər əsasında ahıl bir adam qəflətən dönüb bu boyda MMC-nin rəhbəri oldu!!!
Bəlkə İcra başçısı Vaqif Həsənovun planı əsasında verilmiş tapşırıqdır. Yerli, yersiz şəhid adından istifadə deməkdir. Şəhidlərimizin qarşısında baş əyirik. Ancaq Taryel müəllim və Vaqif Həsənov şəhid atası Sərxan kişini də öz çirkin əməllərinə bulaşdırır. Şəhid ruhunu incitmək olmaz, budurmu cənab Vaqif və Taryel müəllimlərin şəhidlərimizə olan hörməti. Belə yaramaz cənab müəllimlər, indi də şəhid ailəsini bu çirkin oyununuza alət etməyin.
E.DİLBAZİ.
korrupsiya.com