Dünya

"Bu məlumatlar yalandır” - Gürcüstan XİN-dən AÇIQLAMA

"Bu məlumatlar yalandır” - Gürcüstan XİN-dən AÇIQLAMA

“Rusiyanın internet media resurslarında Belarusda işğal altında olan Abxaziya və Tsxinval regionlarının tanınması prosedurlarına başlanılması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil”.

Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin yaydığı (XİN) məlumatda deyilir.

Bildirilib ki, Gürcüstanın Belarusdakı səfirliyi məsələ ilə bağlı ölkə XİN-i ilə təmasda olub və Belarus tərəfi informasiyanı yalan adlandırıb. Rəsmi Minsk Gürcüstanın işğal olunmuş ərazilərinin tanınması məsələsinə baxıldığını təkzib edib.

Qeyd edək ki, Rusiyanın internet media resurslarında yayılan məlumatlara əsasən, Belarus hakimiyyəti yaxın zamanlarda Abxaziyanın “müstəqilliyi”ni tanımağı planlaşdırır və müvafiq qanun layihəsi ölkə parlamentinin müzakirəsinə çıxarılacaq.