Bölgə

Qəbələdə (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə mütəmadi olaraq maarifləndirmə işləri aparılır

Qəbələdə (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə mütəmadi olaraq maarifləndirmə işləri aparılır


Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə riayət edilməsi vəziyyətinin yoxlanılması və vətəndaşlar arasında maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə Qəbələ rayonu ərazisində keçirilən reydlər davam etdirilir. Rayon icra hakimiyyətinin və rayon polis şöbəsinin mülki geyimdə olan əməkdaşlarından ibarət mobil qrup üzvləri əhalinin sıx olduğu qapalı məkanlarda, ticarət və digər obyektlərdə keçirdiyi növbəti reyd zamanı sosial məsafənin gözlənilməsi, tibbi maskalardan və dezinfeksiyaedici məhlullardan istifadə, sanitar-gigiyena qaydalarına riayət etmənin vacibliyi barədə geniş maarifləndirmə işləri aparmış və koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunmağın vacibliyini bir daha izah etmişlər.

İnformasiya şöbəsi.