Araşdırma

182 saat dağıntılar altında qalan uşaq sağ çıxarıldı

182 saat dağıntılar altında qalan uşaq sağ çıxarıldı


Türkiyədə zəlzələ bölgəsində həyat möcüzələri davam edir.

Bu dəfə şad xəbərlər Hataydan gəlib. Belə ki, faciədən 182-ci saat sonra dağıntılar altından bir azyaşlının sağ olaraq çıxarıldığı bildirilir.

12 yaşı olan uşağın adının Kaan olduğu qeyd edilib.

Bununla yanaşı, Hatayda eyni müddət ərzində uçqun altında qalan daha bir nəfərin xilas edildiyi bildirilib.