Dünya

Türkiyədə yaşayış binası çökdü, insanlar dağıntılar altında qaldılar

Türkiyədə yaşayış binası çökdü, insanlar dağıntılar altında qaldılar


Türkiyənin Kırşehir şəhərinin Çiçekdağ rayonunda yaşayış binasında təbii qaz partlayışı baş verib.

Səlahiyyətlilər dağıntılar altında insanların qaldıqlarını bildiriblər.

Hadisə yerinə axtarış-xilasetmə qrupları cəlb olunublar.

Dağıntılar altında qalan dörd nəfər çıxarılaraq yaxın xəstəxanalara aparılıb. Aydilge adlı kiçik qız xilas edilib. Onun valideynləri xəstəxanaya yerləşdiriliblər.