Gündəm

44 saatdan sonra xilas edilən qadının ilk istəyi bu oldu

44 saatdan sonra xilas edilən qadının ilk istəyi bu oldu

Türkiyənin Malatya bölgəsində zəlzələ nəticəsində çökən binalardan birinin dağıntıları altından 44 saatdan sonra 72 yaşlı qadın sağ olaraq xilas edilib.

Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Belə ki, dağıntılar altından çıxarılan 72 yaşlı Hanife adlı qadının ilk istəyi su olub. Bundan sonra qadın xəstəxanaya yerləşdirilib.