Araşdırma

Ər arvadını GÜLLƏLƏDİ - Azərbaycanda AİLƏ FACİƏSİ

Ər arvadını GÜLLƏLƏDİ - Azərbaycanda AİLƏ FACİƏSİ Bərdədə qətl olub.
Rayon Prokurorluğundan verilən xəbərə görə, mayın 25-i saat 9 radələrində Bərdə rayonu, Hacallı kənd sakini 27 yaşlı Xasa Orucovanın yaşadığı evdə öldürülməsi barədə məlumat daxil olub.
İlkin araşdırmalarla zərərçəkmişin əri 26 yaşlı Təbriz Orucovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xasa Orucovaya ov tüfəngindən atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Təbriz Orucov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.