Video

Deputatlığa namizədin yersiz ÇIXIŞI... - VİDEO

Deputatlığa namizədin yersiz ÇIXIŞI... - VİDEO

"Məscidə 50-60 yaşlı insanlar getməlidir, 15-18 yaşlı uşağın məsciddə nə işi var?"
Sentyabrın 1-i keçiriləcək növbədənkənar parlament seçkilərində 59 saylı Quba seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Əlibala Məhərrəmzadənin bu sözləri birmənalı qarşılanmayıb.
Belə ki, ətrafına topladığı insanlarla danışarkən "Yoxsa gedir məscidə kimsə ona bir təriqət öyrədir, o birində gedib, başqa təriqət öyrənir. Məscidə 50-60 yaşlı insanlar getməlidir, 15-18 yaşlı uşağın məsciddə nə işi var?" deyib.
Onun bu sözləri inanclı insanların yaşadığı Qubanın dindar əhalisinin qəzəbinə səbəb olub.
Xatırladaq ki, Quba rayonu Azərbaycanın müxtəlif dinlərinin nümayəndələrinin və etnoslarının yaşadığı bölgədir. Bu rayon multikultural ənənələri ilə məhşur olan rayonlarımızdan biridir. Deputatlığa namizədin belə çıxışı isə haqlı olaraq əhalinin etirazına səbəb olub.(Yenicag)

VİDEO BURADA: My Webpage