Gündəm / Araşdırma

Fərid Məmmədovun 90 minlik sertifikatı – DOST keçmiş namizədin şirkətini qalib elan etdi

Fərid Məmmədovun 90 minlik sertifikatı – DOST keçmiş namizədin şirkətini qalib elan etdi


“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” Publik Hüquqi Şəxsi (DOST Agentliyi) elan etdiyi tenderin qalibini açıqlayıb. REPORTYOR.info xəbər verir ki, DOST Agentliyi üçün ISO beynəlxalq standartları üzrə təlimlərin keçirilməsi və sertifikatların satın alınması üzrə tenderin qalibi “Bureau de Qualite” MMC olub. Satınalma müqaviləsinin maliyyə dəyəri 89 078.2 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Bureau de Qualite” MMC 18 iyul 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan 20 AZN olan şirkətin hüquqi ünvanı Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşir. MMC-nin qanuni təmsilçisi İbrahimov Asif Arzuman oğludur.
“Bureau De Qualite” şirkəti yerli və beynəlxalq təcrübəyə malik peşəkar məsləhətçilərin vəhdətindən yaradılmış məsləhət xidmətləri sahəsində fəaliyyət göstərən ixtisaslaşmış şirkətidir. Bu barədə MMC-nin veb-səhifəsində qeyd edilib. Şirkətin əsas məqsədi dövlət və özəl sahələrdə,neft və qeyri-neft sektorunda fəaliyyət göstərən təşkilatlara öz fəaliyyətlərinin təkmilləşdirilməsində,beynəlxalq standartların tətbiq edilməsində, lisenziya və icazələrinin
alınmasında, əməkdaşlarının təlimləndirilməsində dəstək verməkdir.
MMC-nin qanuni təmsilçisi Asif İbrahimov deputatlığa keçmiş namizəd olub. O, 9 fevral 2020-ci ildə keçirilən parlament seçkilərində 34 saylı Xətai İkinci Seçki Dairəsindən namizədliyini irəli sürüb. Bu dairədən hakim Yeni Azərbaycan Partiyasının namizədi Mixail Zabelin olub. O, hazırda deputatdır.
Asif İbrahimovun rəhbərlik etdiyi şirkətin hazırda 435.75 AZN vergi borcu var. “Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin tenderdə iştirakını qadağan edir.
DOST Agentliyi Prezident İlham Əliyevin 229 nömrəli 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılıb. Agetliyin İadrə Heyətinin sədri Fərid Məmmədovdur. Qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Oxşar xəbərlər