“Kristal Abşeron”da özbaşınalığın NÖVBƏTİSİ... - qarajın qiyməti qaldırıldı
“Kristal Abşeron” şirkəti Xırdalanda yerləşən binalarında avtomobil qarajlarının aylıq icarə haqqını heç bir əsas olmadan 50 manata qaldırıb.
Əvvəllər aylıq 30 manat olan qaraj qiyməti birdən-birə 20 manat artırılıb. Jurnalist Arifə Əliyevaya sözlərinə görə, binalarda vəziyyət biabırçı həddə çatıb.
Həmçinin, avtomobilini binanın qarajında saxlayan sakinlər evlərinə getmək üçün uzun yol qət etməli olurlar. Avtomobil qarajının giriş-çıxışı ilə binanın girişi arasında xeyli məsafə var. Üstəlik, qarajlar bərbad vəziyyətdədir. Jurnalist bildirir ki, qaraja su damır və gölməçələr yaranır. Onun sözlərinə görə, üfunət iyindən və zibildən qaraja girmək mümkün deyil.(Reportyor)
Ətraflı video materialda…