Arvadını güllələyərək öldürən polis barəsində YENİ FAKT - VİDEO
Polis şöbəsində arvadını qətlə yetirən İsmayıl Məmmədov barəsində yeni faktlar məlum olub.
korrupsiya.com baku.ws-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində danışıb:
"O, nümunəvi əməkdaş olub. Xocalı soyqırımının qurbanlarından biridir. Atası gözünün qabağında güllələnmiş və rəsmi olaraq ailəsini itirmiş şəxslər kateqoriyasına daxildir. İşlədiyi müddətdə isə hər hansı intizamsızlıq olmayıb.
Heç bir polis əməkdaşı, onun yaxın iş yoldaşları ailəsindəki narazılıq barədə məlumatlı olmayıblar".