Sosial

“3 ay işlədim, əmək haqqımı ala bilmədim” - GİLEY

“3 ay işlədim, əmək haqqımı ala bilmədim” - GİLEY

Ağcabədi rayonu, Kəbirli kənd sakini Həsənov Hüseyn Qasım oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, tikinti şirkəti olan “Tvvins group” onu işlədərək, əmək haqqını verməyib:

“Mən, Həsənov Hüseyn Qasım oğlu, sizdən xahiş edirəm ki, problemimi ictimailəşdirəsiniz.

2024-cü il may ayının 23-də qanuni şəkildə “Tvvins group” şirkətinə işə girmişəm. 3 ay işlədim, lakin əmək haqqımı ala bilmədim. Şirkətin hazırda mənə 997 manat borcu var. Nə qədər müraciət etsəm də, əmək haqqımı ala bilmirəm”.

Məsələ ilə bağlı şirkətin əlaqə nömrəsi ilə əlaqə saxlamağa çalışdıq, lakin telefon zənglərimiz cavabsız qaldı.