Araşdırma

DSMF-nin min bir oyunu var... - GİLEY

DSMF-nin min bir oyunu var... - GİLEY

Masallı rayonu, Xırmandalı kənd sakini, hal-hazırda Bakı şəhəri Rəşid Bağırov küçəsi 28/3-də kirayədə yaşayan Əkbərov Məhərrəm Sərxoş oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, onlara verilən sosial yardım qeyri-qanuni kəsilib.

“Mən, Əkbərov Məhərrəm Sərxoş oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

6 il mübarizə apararaq, ünvanlı sosial yardım almağa nail olmuşdum. 9 nəfərdən ibarət ailə üzvüm var, 3-ü azyaşlı uşaqdır. Bir neçə ay sosial yardımı aldıq, sonra dayandırdılar. Səbəb isə onu göstərirlər ki, oğlun mağazada işləyir.

Mağaza sahibi obyekti satdı və dərhal sənədlərdə dəyişiklik oldu, bu səbəbdən bizim yardımı dayandırıblar.

Özüm də, yoldaşım da xəstədir, ailədə bir oğlum işləyir, onun da aldığı 400 manatdır.

Xahiş edirəm mənə kömək edin”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Şikayətin araşdıracağı bildirildi.