Sosial

Əmrullayevin yerinə İDDİALIDIRLAR... - Belə deyirlər...

Əmrullayevin yerinə İDDİALIDIRLAR... - Belə deyirlər...


Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevin nazir postundan kənarlaşdırılacağına dair xəbərlər onun yerinə göz dikən şəxsləri hərəkətə gətirib.

Qeyd edək ki, Emin Əmrullayevin vəzifəsini itirəcəyinə dair xəbəri Gununsesi.info yayıb.

Həmin xəbərdə bildirilir ki, E.Əmrullayevin mühüm postdan uzaqlaşdırılması təhsil sektorundakı mövcud vəziyyətlə bağlıdır. “Elm və təhsil sektoru büdcədən ən böyük vəsait alan istiqamətlərdən biri olsa da, effektiv nəticələr yoxdur. Orta təhsil yenə repetitorluğun ümidinə qalıb, məktəb direktorlarının təyinatındakı subyektiv amillər, mediaya sızan korrupsiya qalmaqalları, habelə ali təhsil sistemində göz dəyən uğurların olmaması ölkə rəhbərliyinin müəyyənləşdirdiyi siyasətin icra olunmnadığını ortaya çıxarıb.

Gununsesi.info nazir postuna iddiasını ortaya qoyan iki şəxsin kimliyini öyrənib.

Bunlardan biri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov, digəri isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahid Seyidzadədir.

Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, ölkənin iqtisadiyyat naziri Mikayıl Cabbarovun kadrı olan hər iki şəxs elm və təhsil naziri olmaq üçün ciddi səylərə başlayıb.

Qeyd edək ki, Emin Əmrullayev parlamentin son iclasında da deputatların tənqid hədəfində olub.

Mənbə: Gununsesi.info