Ana səhifə   |    Haqqımızda   |    Reklam

Müdafiə Nazirliyinin rəhbər heyəti Şəhidlər xiyabanında

Sosial
27 Eyl 2023
11:37
Müdafiə Nazirliyinin rəhbər heyəti Şəhidlər xiyabanında


27 sentyabr Anım Günü münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.

Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.