Siyasət

Kanada parlamentinin İcmalar Palatasının nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib

Kanada parlamentinin İcmalar Palatasının nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edibÖlkəmizdə səfərdə olan Kanada parlamentinin İcmalar Palatasının Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri mayın 23-də Şəhidlər xiyabanını ziyarət ediblər.
Nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edərək, üzərinə tər güllər qoyub. Qonaqlar, həmçinin “Əbədi məşəl” abidəsini ziyarət ediblər.
Daha sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən kanadalı deputatlara Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Ziyarət zamanı nümayəndə heyətini Kanada ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tural Gəncəliyev müşayiət edib.
Kanada parlamentinin İcmalar Palatasının nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edibKanada parlamentinin İcmalar Palatasının nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi