Sosial

Fuad Muradov buna görə GÖRƏVDƏN ALINIR - İTTİHAM VAR...

Fuad Muradov buna görə GÖRƏVDƏN ALINIR - İTTİHAM VAR...


ADR Hərəkatının lideri, tanınmış alim Qubad İbadoğlunun Türkiyədən gələn faktlar əsasında həbsinin ardından Azərbaycanda FETÖ mövzusu yenidən aktuallıq qazanıb. DİA.AZ bildirir ki, artıq onlarla məmurun adı bu terrorçu şəbəkə ilə qoşa çəkilməkdədir.

Belə bir növbəti iddianı Daşqın Gülməmmədov səsləndirib. DİA.AZ bildirir ki, özünü Ukrayna Qarapapaq Türkləri Milli Şurasının Sədri kimi təqdim edən Daşqın Gülməmmədov Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovu sözügedən FETÖ şəbəkəsi ilə əlaqələndirib.

D.Gülməmmədov özünün "facebook" səhifəsində yazır: "Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin Sədri Fuad Muradovun FETÖ-çu olduğu təsbitləndi! Ərizəsi alındı! Sentyabrda vəzifəsindən azad ediləcək!"

Hər halda belə bir iddia həqiqətdirsə, bizi irəlidə çox maraqlı olayların gözlədiyini deyə bilərik.

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...