Dünya

Fuad Muradov Britaniyaya səfər edib

Fuad Muradov Britaniyaya səfər edib

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfəri başlayıb.

Səfər çərçivəsində Komitə sədri London, Mançester, Aberdin və ətraf şəhərlərdə yaşayan Azərbaycan icmalarının üzvləri, Azərbaycan diaspor təşkilatlarının Koordinasiya şuralarının nümayəndələri ilə görüşəcəklər. Bununla yanaşı, Azərbaycana dost ölkələrin Birləşmiş Krallıqdakı icmalarının üzvləri ilə görüşlər planlaşdırılır.

Proqramda Böyük Britaniya rəsmiləri ilə görüşlər də nəzərdə tutulub.