Mikayıl Cabbarov Birləşmiş Millətlər Təşkilatının nümayəndəsi ilə görüşüb
İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Millətlər Təşkilatının nümayəndəsi ilə görüşüb.
Oxu.az-ın məlumatına görə, bu barədə nazir özünün sosial media hesabında yazıb.
“Azərbaycanda diplomatik fəaliyyətə başlayan BMT-nin rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə görüşümüzdə BMT və Azərbaycan Hökuməti arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin (2021-2025-ci illər) icrasını, Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin maliyyələşməsi, korporativ davamlılığın və özəl sektorun DİM-lərə töhfələrinin təşviqi məsələlərini müzakirə etdik”, - deyə, o qeyd edib.