Sosial

Gəncədə avtomobil piyadanı vuraraq öldürdü

Gəncədə avtomobil piyadanı vuraraq öldürdü


Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Axın.Az-ın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən gənc oğlanı avtomobil vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.