Araşdırma

Yevlaxda avtomobil qəzasında xəsarət alanların şəxsiyyəti AÇIQLANDI

Yevlaxda avtomobil qəzasında xəsarət alanların şəxsiyyəti AÇIQLANDI


Yevlaxda iki avtomobilin toqquşması nəticəsində xəsarət alanların şəxsiyyəti dəqiqləşib.

“Report”un məlumatına görə, Xaldan yolunda qeydə alınan yol qəzası nəticəsində - 1997-ci il təvəllüdlü İ.Kərimzadə, 1983-cü il təvəllüdlü Y.Məmmədova, 1981-ci il təvəllüdlü G.Babayeva, 1983-cü il təvəllüdlü F.Kərimli və daha 3 nəfər xəsarət alıb.

Xatırladaq ki, hadizə zamanı sərnişinlərdən biri - 1985-ci il təvəllüdlü G.Kərimova aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

13:33

Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində, Salyan rayon sakini, 1985-ci il təvəllüdlü G.Kərimova hadisə yerində dünyasını dəyişib.

Daha yeddi nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya aparılıblar.

Onlardan bir neçəsi bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.