Bu il 1 000-dən çox məzun buraxılış imtahanında iştirak etməyib
2020/2021-ci tədris ili üzrə buraxılış imtahanlarında iştirak etməyən ümumtəhsil müəssislərində təhsil alan IX və XI sinif məzunların sayı məlum olub.
Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, IX sinif üzrə 862, XI sinif üzrə isə 147 məzun buraxılış imtahanlarından azad olunub.
Buraxılış imtahanlarından müxtəlif səbəblərdən azad olunan 862 9-cu sinif məzunundan 848-nin, 11-ci sinif məzunlarının isə hamısının yekun attestasiyası aparılıb.
Qeyd edək ki, bu il ümumtəhsil müəssisələrində 220 359 nəfər məzun təhsil alıb.