Sosial

Şəhidlərin ailə üzvlərinə 15700 sosial ödəniş təyin edilib

Şəhidlərin ailə üzvlərinə 15700 sosial ödəniş təyin edilib

Ötən bir ildə Vətən müharibəsi şəhidlərinin ailə üzvlərindən ibarət 7900 nəfərə 15700 sosial ödəniş (Prezidentin aylıq təqaüdü, pensiya və ya müavinət) təyin edilib. Vətən müharibəsi qazilərindən isə artıq 2165 nəfər ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik və müvafiq sosial ödənişlərin təyinatı aparılıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı hesabatda deyilir.

Qeyd edilir ki, Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri, qazilər, erməni terrorundan zərər çəkən şəxslərdən ibarət 5500 şəxs özünüməşğulluq proqramına cəlb edilib, 2400 nəfər işlə təmin olunub.
Bu ilin 10 iyunundan “Məşğulluq marafonu” başladılıb və marafona artıq 573 işəgötürən qoşularaq 3340 vakansiya təqdim edib. Həmin vakansiyalar üzrə artıq 1050 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub.


HEDEFTV.İNFO