Sosial

Vətən belə Ataların və belə Oğulların çiyinləri üzərində ayaqdadır

Vətən belə Ataların və belə Oğulların çiyinləri üzərində ayaqdadır


Gecə yarısı Astarada yaşayan ucqar kənd sakininə zəng gəlir. Yəqin oğlumdur, deyib həyacanla telefona cavab verir:
- Alo...
- Salam, əmi.
- Vəaleykum salam.
- Mən oğlunuzun komandiriyəm.
- Lap yaxşı, komandir. Bəs bu vaxtı zəng etməyə səbəb nədir? Olmaya o dələduz nəsə edib?
- Xeyr, o...
- Komandir, o mənim ən sevdiyim oğlumdur. Buna baxmayaraq onu Vətənə qurban demişəm! Mənimlə açıq danış, gəlim yoxsa gəlişinizə hazırlaşım?!
Komandir doluxsunub susur... Onu kişinin "alo" səsi özünə gətirir. O kisiyə: -Əmi hazırlıq gör, sabah gətirəcəyik, - deyir. Ata tam təmkinlə yenidən dillənir: - Komandir, ehtiyatda olan zabitəm. Birinci Qarabağda döyüşüb yaralanmışam. Səni zabit şərəfinə and verirəm düzünü de, oğlum döyüşüb kişi kimi ölübmü?!
Komandir, hönkürtü ilə: - Tək başına düşmənin diversaya qrupunun qarşısını alıb. Onlara ağır itkilər verib. Əsl döyüşçü kimi Şəhid olub.
- Aha... Bax bu ən yaxşı xəbər oldu. Sağ ol, Komandir! Sabah səni də , oğlumun cənazəsini də gözləyirəm. Vətən sağ olsun!
Statın sonu : Vətən belə Ataların və belə Oğulların çiyinləri üzərində ayaqdadır .
Vətənə sən yan ki , Vətən yanmasın !
Onlar özlərini odlara atdılar ki , Vətən yanmasın.
Allahdan Şəhidlərimizə rəhmət diləyirik!!!