Qəzzadakı xəstəxananı İsrail vurmayıb - İtaliya
İtaliya kəşfiyyatında Qəzzadakı xəstəxanaya hücumda İsrailin məsuliyyət daşıdığına dair heç bir sübut yoxdur.
Bunu İtaliyanın xarici işlər naziri Antonio Tayani deyib.
“Kəşfiyyatımızın digər ölkələrlə məlumat mübadiləsi zamanı əldə etdiyi materiallardan bəlli olur ki, Qəzzada xəstəxananın bombalanmasına görə məsuliyyət İsrailin üzərinə düşmür”, - Tayani bildirib.