Siyasət

Ceyhun Bayramov fotolarla sübut etdi - Foto

Ceyhun Bayramov fotolarla sübut etdi - Foto

“Bu Ermənistanın ağır hərbi vasitələrinin şəkilləridir. Tamamilə aydındır ki, bu hücum texnikası Azərbaycan ərazisində sülhpərvər məqsədlər üçün yerləşdirilməyib”.

Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclasında bildirib.

“Heç bir suverən dövlət öz ərazisində belə qanunsuz hərbi mövcudluğu qəbul edə bilməz”, - deyə Bayramov vurğulayıb.

Azərbaycan XİN başçısı, həmçinin 19 sentyabrda mina partlayışı nəticəsində ölən mülki vətəndaşlar barədə də BMT-ni məlumatlandırıb.

“Mina partlayışlarının baş verdiyi ərazi əvvəllər də Azərbaycanın müntəzəm istifadəsində olub, heç bir şübhə yoxdur ki, bu minalar yaxın zamanda əraziyə sızan erməni diversiya qrupu tərəfindən yerləşdirilib”.
Ceyhun Bayramov fotolarla sübut etdi - Foto