Ceyhun Bayramov və Mirzoyanın ABŞ-dakı müzakirələri bu gün başa çatır
ABŞ-ın dövlət katibi Entoni Blinken bu gün Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıqlar aparacaq.
Bu barədə ABŞ Dövlət Departamentinin məlumatında deyilir.
Görüş ABŞ diplomatiyasının rəhbərinin iş qrafikinə daxil edilib.
Bu görüşün ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların yekun mərhələsi olacağı gözlənilir.