Siyasət

Ermənistan Azərbaycanla sərhəddəki zavodu köçürür

Ermənistan Azərbaycanla sərhəddəki zavodu köçürür


Ermənistan Azərbaycanla sərhəddəki Yerasx (Arazdəyən - red.) adlanan ərazidə tikməyə çalışdığı metallurgiya zavodunu başqa yerə köçürür.

Bu barədə Aİ-nin Ermənistandakı müşahidə missiyasının "X" sosial şəbəkəsindəki hesabında yazılıb.

Missiya qeyd edib ki, artıq materiallar və avadanlıqlar yeni yerə köçürülür.