Dünya

Avropa İttifaqının texniki qrupu Ermənistan-Azərbaycan şərti sərhədində olacaq

Avropa İttifaqının texniki qrupu Ermənistan-Azərbaycan şərti sərhədində olacaq


Avropa İttifaqını təmsil edən texniki qrup Ermənistan-Azərbaycan şərti sərhədinə öz missiyanın yerləşdirilməsi məsələsini müzakirə etmək üçün İrəvana səfər edəcək.

Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Paruyur Ovannisyan jurnalistlərə deyib.

O qeyd edib ki, texniki qrup Azərbaycanla sərhəddə Aİ missiyasının konkret yerlərini müzakirə etmək üçün bu gün Ermənistana gəlir.

Mənbə: TASS