Siyasət

Sabiq deputat Hacı Salayevin YENİ SKANDALI - Fuad Muradova zəng edərək AĞIR SÖYÜŞLƏR SÖYDÜ + SƏS YAZISI

Sabiq deputat Hacı Salayevin YENİ SKANDALI - Fuad Muradova zəng edərək AĞIR SÖYÜŞLƏR SÖYDÜ + SƏS YAZISI

Eks deputat Hacı Salayev “Milli Fədailər Hərəkatı”nın qurucusu Fuad Muradova zəng edərək onu təhqir edib, ağır söyüşlər söyüb.

Bu barədə Fuad Muradov özünün facebook səhifəsində məlumat yayıb.

Fuad Muradov yaydığı məlumatda bildirir ki, Hacı Salayev ona zəng edərək ağır söyüşlər söyüb. Onu da qeyd edək ki, Hacı Salayevin Fuad Muradovun ailəsini, yaxınlarını küçə söyüşləri ilə təhqir edən səs yazısı da sosial mediada paylaşılıb.

Musavat.com məsələ ilə bağlı Fuad Muradovla əlaqə saxlayıb. F.Muradov bildirdi ki, vəkilləri ilə məsləhətləşmələr aparır və eks deputat Hacı Salayevlə bağlı hüquqi müstəvidə addımlar atacaq: “Adam 2 dönəm deputat olub və ağzının danışığını bilmir. Söyüş söyür, acizliyini göstərir. Hüquq-mühafizə orqanlarına müraciət etdim, vəkillərlə məsləhətləşib məhkəmə müstəvisində də Hacı Salayevi dediyi sözlərə görə cavab verməsini tələb edəcəyik. Bu adamı çağırıb tonunu aşağı salmalıdırlar. Yoxsa ki, ölkədən qazandığı, xaricə daşıdığı pulların havası onu yaman yoldan çıxarıb, azdırıb”.

Fuad Muradov deyib ki, Hacı Salayev onu ölümlə hədələyib, buna görə də artıq hüquq mühafizə orqanlarına rəsmi müraciət edib. Onun şikayəti Qazax Rayon Polis idarəsi tərəfindən qeydə alınıb. F.Muradov onu da bildirib ki, Salayevin yaxınları qaba güc vasitəsi ilə ona fiziki planda xəsarət yetirməyi də planlaşdırıblar.

Musavat.com Hacı Salayevin Azərbaycan vətəndaşı Fuad Muradovu təhdid və təhqir edən səs yazısını senzuradan keçirərək oxuculara təqdim edir. Səs yazısının orijinalını redaksiyamıza F.Muradov təqdim edib.Sfera.az