Siyasət

AQİL BABAYEVİN MƏHKƏMƏ PROSESİNDƏ ŞOK QƏRAR – Hakim polisə 4 “zərərçəkmiş”i məcburi gətirməyi tapşırdı

AQİL BABAYEVİN MƏHKƏMƏ PROSESİNDƏ ŞOK QƏRAR – Hakim polisə 4 “zərərçəkmiş”i məcburi gətirməyi tapşırdı

“ŞaurmaN1” restoranının şəriki, “12-ci İmam Mehdi” adı altında həbs olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi bu gün davam etdirilib.
Hurriyyet.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən qapalı məhkəmə prosesində “zərərçəkmiş” şəxslər qismində Fazil İmanquliyev dindirilib.

F.İmanquliyev bildirib ki, Aqil Babayevi məhlə qonşuluğundan tanıyıb. Aqil Babayevə verdiyi suallara geniş izah verdiyinə görə onu imam hesab edib və 2001-ci ildən bəri zəkat verib. Onun sözlərinə görə, 2001-ci ildən 2004-cü ilə kimi hər ay 300 dollar, ondan sonra isə mütəmadi olaraq ayda 30 manat ödəyərək ümumilikdə 5190 manat zəkat verib. Dövlət ittihamçısının “Harda işləyirdiz?” sualına isə cavab olaraq bildirib ki, “Tikinti materiallarının satışında, fəhlə kimi çalışır”.
Təqsirləndirilən şəxsin vəkili Zakir Babayevin “Cavablarında qeyri-adi nə var idi?” sualına isə, Fazil İmanquliyev bilidirib ki, “Çox şey qeyri-adi idi, cavabları başqlarından fərqlənirdi”. Vəkilin “Məsələn nə deyirdi?” sualına isə Fazil İmanquliyev cavab verə bilməyib.

Aqil Babayev “İmam Mehdi” ittihamını qəbul etmir. O, “Shaurma N1”in şəriklərindən biri olduğunu, əmlakını, pulunu əlindən almaq üçün bu məsələnin ortaya atıldığını deyir.
Qeyd edək ki, hakim “zərərçəkmiş”lərin dəfələrlə məhkəmədə iştirak etmədiyi üçün Baxışzadə Mehman, Quliyev Əli, Cəfərov Heydər, Əliyev Əli barəsində məcburi gətirilməyə dair qərar qəbul edərək, yaşadıqları yer üzrə polis orqanlarına göndərilməsini tapşırıb.
Növbəti məhkəmə prosesi mayın 10-na təyin olunub.
Xatırladaq ki, Aqil Babayev “Şaurma N1” restoranlar şəbəkəsinin şəriki olub. Onu “12-ci İmam” adı altında həbs ediblər. Hazırda onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

AQİL BABAYEVİN MƏHKƏMƏ PROSESİNDƏ ŞOK QƏRAR – Hakim polisə 4 “zərərçəkmiş”i məcburi gətirməyi tapşırdı


Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.