Rusiya XİN Aİ-nin Ermənistandakı missiyasını qiymətləndirib
Rusiya Federasiyası Avropa İttifaqının Ermənistandakı mülki missiyasında Transqafqazda normallaşma maraqlarından uzaq, müstəsna geosiyasi fon və Rusiyanı regiondan sıxışdırmaq cəhdi görür.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın müvafiq missiyanın işə başlaması ilə bağlı bazar ertəsi yayılan şərhində deyilir.
“Təəssüf ki, biz Avropa İttifaqının və bütövlükdə Qərbin müttəfiqimiz Ermənistanda hər hansı vasitə ilə möhkəmlənmək cəhdi ilk deyil. Biz bu cəhdlərdə maraqlardan uzaq, müstəsna geosiyasi fon görürük. Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və təhlükəsizliyin əsas təminatçısı kimi tarixi rolunu zəiflətmək üçün hər şey edilir. Bakının bu təşəbbüslə bağlı açıqlanan neqativ qiymətləndirmələrinə məhəl qoyulmur”, - diplomat bildirib.
Zaxarova qeyd edib ki, Avropa İttifaqının müxtəlif regional münaqişələrin həllində iştirak təcrübəsi çox qeyri-müəyyəndir.
“Brüssel çətin ki, bu sahədə uğuru ilə öyünə bilsin. Məsələn, vasitəçilik səylərini və Serbiyanın Kosovo əyalətində Aİ missiyasını götürək”, - o qeyd edib və əlavə edib ki, Aİ-nin Ermənistandakı missiyasını qiymətləndirərkən bunu nəzərə almaq lazımdır.
Diplomat vurğulayıb ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış sazişlər kompleksi yaxın gələcəkdə regionda sabitlik və təhlükəsizliyin əsas amili olaraq qalır.
“Bunların hərtərəfli həyata keçirilməsi yolu ilə, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, iki ölkənin ictimaiyyəti, ekspertləri, dini dairələri, parlamentariləri arasında əlaqələrin qurulması, o cümlədən ikitərəfli münasibətlərin inkişafı üzrə danışıqlar Sülh müqaviləsi, regionda vəziyyəti yaxşılaşdırmağın birbaşa yoludur”, - Zaxarova bildirib.
Mənbə: TASS