Ərdoğan və Bəşər Əsəd görüşə bilər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya lideri Bəşər Əsəd arasında görüş baş tuta bilər.
Bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.
Akar əlavə edib ki, Türkiyə, Rusiya və Suriya müdafiə nazirlərinin Moskva görüşü zamanı miqrantlar və terrorla mübarizə məsələlərində razılıq əldə olunub.