Dünya

Türkiyə Mariupoldan təxliyə məsələsində müsbət irəliləyişlərə ümid edir - Akar

Türkiyə Mariupoldan təxliyə məsələsində müsbət irəliləyişlərə ümid edir - Akar Türkiyə Ukrayna və Rusiya tərəfləri ilə Mariupol şəhərindən insanların təxliyəsi üçün səyləri əlaqələndirir. Biz çox yaxın gələcəkdə bu məsələdə müsbət irəliləyişlərin olacağını gözləyirik və ümid edirik.
Bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akara bildirib.
O, Türkiyənin Mariupoldan dəniz yolu ilə yaralıların, mülki şəxslərin, eləcə də xarici vətəndaşların, o cümlədən Türkiyə vətəndaşlarının təxliyyəsini təmin etmək təklifini xatırladıb.
Nazirin sözlərinə görə, Ankara Ukraynaya humanitar yardımın çatdırılması üçün də səylər göstərir.