Siyasət

Xaçmaz şəhidi Elnur Rüstəmovla vida mərasimi keçirilir

Xaçmaz şəhidi Elnur Rüstəmovla vida mərasimi keçirilir


Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan 33 yaşlı Elnur Faiq oğlu Rüstəmovun vida mərasimi doğulduğu Xaçmaz rayonu Əbilyataq kəndində keçirilir.

Axın.az xəbər verir ki, vida mərasimində şəhidin ailə üzvləri, yaxınları, Xaçmaz Rayon İcra Hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Mərasimdən sonra şəhid E.Rüstəmov Əbilyataq qəbiristanlığında torpağa tapşırılacaq.

Dursun Tağıyeva