Gündəm

Şəhid zabitin nəşi doğulduğu kəndə aparıldı

Şəhid zabitin nəşi doğulduğu kəndə aparıldı


Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan XTQ zabiti Yunis Qasım oğlu Kazımovun nəşi Qazax rayon Kəmərli kəndinə aparılıb.

“Report”un Qərb bürosunun məlumatına görə, 1993-cü il təvəllüdlü Y.Kazımovun nəşi ailəsinə təhvil verilib.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.