İdman

Faiq Qarayev yenidən Azərbaycan yığmasının baş məşqçisi oldu

Faiq Qarayev yenidən Azərbaycan yığmasının baş məşqçisi oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisinin adı dəqiqləşib.

Yığmamız yenidən təcrübəli mütəxəssis Faiq Qarayevə həvalə edilib.

Azərbaycan Voleybol Federasiyasında vitse-prezident postunu tutan 64 yaşlı mütəxəssisin köhnə-yeni işində ilk sınağı Qızıl Avropa Liqasına təsadüf edəcək.

Müxtəlif vaxtlarda millinin baş məşqçisi olan Qarayev son olaraq komandamızı Yaponiyada keçirilən DÇ-2018-ə aparıb. Yığmada sonuncu dəfə bu vəzifəni isə türkiyəli Ataman Güneyligil icra edib. AÇ-2023-də uğursuz çıxış səbəbindən onunla müqavilə artırılmayıb.(İdman)

Qeyd edək ki, onun təqdimatı dekabrın 27-də olacaq.