İdman

2 sərbəst güləşçimiz yarımfinala YÜKSƏLDİ

2 sərbəst güləşçimiz yarımfinala YÜKSƏLDİ

Azərbaycanın iki sərbəst güləşçisi İspaniyanın Santyaqo de Kompostela şəhərində keçirilən U-20 Avropa çempionatında yarımfinala yüksəlib.

57 kq-da Ruslan Abdullayev, 70 kq-da isə Cavidan Əhmədov finala vəsiqə uğrunda mübarizə aparacaqlar. Onlar müvafiq olaraq, türkiyəli Tolqa Özbek və İbrahim Yaprakla qarşılaşacaqlar.

Bu gün xalça üzərinə çıxan digər sərbəst güləşçilərdən 65 kq-da Ramik Heybətov ermənistanlı Andranik Avetisyana, 79 kq-da Sadiq Mustafazadə gürcüstanlı Otari Adeişviliyə, 97 kq-da isə Zəfər Əliyev ukraynalı İvan Primaçenkoya uduzub. Rəqibləri finala adlasalar, Azərbaycan təmsilçiləri təsəlliverici görüşlərdə iştirak hüququ qazanacaqlar.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçiləri Elmir Əliyevlə (55 kq) Ruslan Nurullayev (72 kq) qızıl, Davud Məmmədov (77 kq) və Məzaim Mərdanov (130 kq) gümüş, Məraim Muatafayevlə (63 kq) Kənan Abdullazadə (67 kq) isə bürünc medal qazanıblar. Yığma komanda hesabında Avropa çempionu olub.