İdman

Boksçumuz erməni rəqibinə qalib gəldi

Boksçumuz erməni rəqibinə qalib gəldi


Polşada keçirilən III Avropa Oyunlarında boks üzrə yarışların 1/4 final mərhələsinə start verilib.

Azərbaycan boksçusu Murad Allahverdiyev bu mərhələdə Ermənistan təmsilçisi Hambardzum Hakobyana qalib gəlib.

Belə ki, 80 kq çəkidə mübarizə aparan boksçumuz hər 3 raundu xeyrinə bitirib. Yekunda 5:0 (30:26, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə qalib gəlib və mərhələ adlayıb.

O, yarımfinala çıxmaqla özü üçün ən azı bürünc medalı təmin edib. Allahverdiyev yarışda “dördlüy”ə yüksəldiyi üçün həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Bu, boksçularımızın Fransada təşkil olunacaq Olimpiadaya ilk vəsiqəsi olub.

Qeyd edək ki, Murad Allahverdiyev yarımfinalda Qabriyel Veoçiçlə (Xorvatiya) qarşılaşacaq. Görüş iyunun 30-da olacaq.