İdman

“Çelsi”ni satan Abramoviç pulu Ukraynaya köçürməkdən imtina edib

“Çelsi”ni satan Abramoviç pulu Ukraynaya köçürməkdən imtina edib

“Çelsi”nin keçmiş sahibi olan rusiyalı milyarder Roman Abramoviç klubun satışından əldə edilən vəsaiti Ukraynaya köçürməkdən imtina edib.

Məlumata görə, vəsait 2022-ci ilin yayında göndərilməli idi, lakin bu, baş verməyib.

Bildirilir ki, Böyük Britaniya hökumətinin dondurduğu 2,3 ​​milyard funt-sterlinqin Ukraynaya göndərilməsi üçün Abramoviçin imzası lazımdır. O isə pulun Ukrayna ilə Rusiya arasında bölüşdürülməsini istədiyi üçün sənədi imzalamaqdan imtina edir.
Qeyd edək ki, klubun satışı 26 may 2022-ci ildə baş tutub. Komanda hazırda Todd Boeli konsorsiumuna məxsusdur. Sövdələşmənin dəyəri 5,33 milyard dollar təşkil edib.

Mənbə: lenta.ru