İdman

“Barselona”nın gənc ulduzu yenə sıradan çıxdı

“Barselona”nın gənc ulduzu yenə sıradan çıxdı


“Barselona”nın futbolçusu Ansu Fati yenidən zədələnib.

Kataloniya klubunun mətbuat xidməti onun məşq zamanı dizindən xəsarət aldığını açıqlayıb. 20 yaşlı vingerin hansı müddətə yaşıl meydanlardan kənar qalacağı ətraflı müayinələrdən sonra dəqiqləşəcək.

Fati bu mövsüm “Barsa”nın heyətində bütün turnirlərdə 34 oyun keçirib, altı qol, üç ötürmə ilə yadda qalıb.

Gənc oyunçu tez-tez zədələnməsi ilə diqqət çəkir. O, bu səbəbdən ötən mövsümün böyük hissəsini kənardan izləməli olub.

Mənbə: fcbarcelona.com