İdman

Azərbaycan çempionatına hazırlaşan 15 cüdoçumuz ZƏHƏRLƏNDİ

Azərbaycan çempionatına hazırlaşan 15 cüdoçumuz ZƏHƏRLƏNDİ Göygölüdə kütləvi zəhərlnəmə olub.
Rayon Prokurorluğundan verilən məlumata görə, aprelin 25-i saat 12 radələrində Göygöl Mərkəzi Rayon Xəstəxanasından 15 nəfər şəxsin dəqiqləşdirilməmiş “qida zəhərlənməsi” diaqnozu ilə müraciət etməsi barədə məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, Cüdo idman növü üzrə Azərbaycan çempionatına hazırlıq məqsədilə Göygöl Rayon Olimpiya İdman Kompleksində təşkil olunmuş təlim-məşq toplanışında iştirak edən müxtəlif bölgələrdən olan 15 nəfər gənc idmançı qeyd edilən tarixdə ürəkbulanma, hərarət və qusma əlamətləri ilə xəstəxanaya müraciət edib, həmin şəxslər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Zəhərlənmənin hansı səbəbdən baş verməsini müəyyən etmək məqsədilə müvafiq nümunələr götürülərək laborator müayinəsinə göndərilib.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.