İdman

Milan derbisində qalib müəyyənləşmədi: Hərəyə bir qol, bir xal - VİDEO

Milan derbisində qalib müəyyənləşmədi: Hərəyə bir qol, bir xal - VİDEOİtaliya A seriyasında XII tur Milan derbisi ilə əlamətdar olub.

Şəhərin eyniadlı komandasının nominal meydan sahibi kimi çıxış etdiyi matçda “İnter” “qonaq” qismində oynayıb.

Matçda hesabı “qonaqlar” açıb. Hakan Çalhanoğlu penalti zərbəsini qola çevirib. O, 11-ci dəqiqədə azarkeşlərini sevindirib.

Bununla belə, “İnter”in sevinci uzun çəkməyib. Cəmi 6 dəqiqə sonra De Vrij avtoqolla “Milan”ı ümidləndirib.

Bundan sonra matçda başqa qol olmayıb və komandalar hərəyə bir qol vuraraq hərəyə bir xala qane olublar.