Moskvada Emrelinin “Legiya”sına çatmaq üçün gərgin mübarizə, “Barsa” ilk xal uğrunda meydana çıxır - AFİŞA
Oktyabrın 20-də Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində növbəti oyunlar keçiriləcək.
korrupsiya.com xəbər verir ki, turun iki qarşılaşması 20:45-də başlayacaq.
E qrupunda “Barselona” Kiyev “Dinamo”sunu məğlub edib qrupda ilk xalını qazanmağa çalışacaq. G qrupunda isə “Zaltsburq” evində “Volfsburq”u qəbul edəcək.
Çempionlar Liqasında bu gün keçiriləcək digər qarşılaşmalar bunlardır:
E qrupu:
“Benfika”-“Bayern”
H qrupu:
“Çelsi”-“Malmö”
“Zenit”-“Yuventus”
G qrupu:
“Lil”-“Sevilya”
F qrupu:
“Mançester Yunayted”-“Atalanta”
“Yanq Boys”-“Vilyareal”
Bu gün həmçinin UEFA Avropa Liqasının qrup mərhələsində üçüncü tur çərçivəsində C qrupunda bir oyun keçiriləcək. Mahir Emrelinin formasını geyindiyi “Legiya”nın (6 xal) lider olduğu qrupda 3 xalla ikinci olan Moskva “Spartak”ı evində qrup sonuncusu “Lester”i qəbul edəcək. Qarşılaşma 18:30 start götürəcək.