Bakıda zibil yeşiyində 10-15 günlük körpə tapıldı
Bakıda zibil yeşiyində 10-15 günlük körpə tapılıb.
İyulun 17-də Sabunçu rayonu, Tatarski küçəsində zibil yeşiklərinin birində təxminən 10-15 günlük, qadın cinsli, parçaya bükülmüş vəziyyətdə uşaq aşkar edilib.
Körpə 1 saylı Körpələr evinə yerləşdirilib.
Uşağın üzərində hər hansı xəsarət izləri aşkarlanmayıb.
Faktla bağlı araşdırma aparılır.