Hadisə

Vüsalə həkimin fəaliyyəti yüksək qiymətləndirilir

Vüsalə həkimin fəaliyyəti yüksək qiymətləndirilir
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin bir çox şöbələrində, o cümlədən terapiya şöbəsində azadlıqdan məhrum edilmiş şəxslərin sağlamlığının qorunması, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, cəzaçəkən şəxslərə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi üçün, bu gün də uğurlu addımlar atılmaqdadır. Yəni, bu yöndə atılan addımlar dövlət siyasətinin əsas prinsiplərindən biridir və hal-hazırda belə bir işlərin inamla davam etdirildiyi bildirilir. Çatdırılan məlumatlara görə, Müalicə Müəssisəsində müxtəlif tədbirlər həyata keçirilərkən, ayrı-ayrı beynəlxalq və yerli təşkilatların, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları da bu tədbirlərə dəvət olunurlar və onlar çox zaman atılan addımları yüksək qiymətləndirirlər.
Qeyd edək ki, illər keçdikcə Penitensiar Xidmətin Müalicə Müəssisəsi müasir tibbi avadanlıqlarla təchizatı yaxşılaşdırılmış və bu müəssisədə cərrahiyyə şöbəsi, dispanser müşahidə, yeni müayinə-diaqnostika, eləcə də fizioterapiya bölmələrinin açılışı olmuşdur. Əldə etdiyimiz məlumatlara görə, hal-hazırda Müalicə Müəssisəsinin terapiya şöbəsinin həkimi Vüsalə xanımın fəaliyyəti, bu gün azadlıqdan məhrum edilmiş şəxslərin əksəriyyəti tərəfindən yüksək qiymətləndirilir. Çünki, adı çəkilən bu xanım hal-hazırda ölkəmizin səhiyyə sahəsində çalışan ən peşəkar, daha nüfuzlu tibb əməkdaşlarından biri hesab olunur. Belə ki, bir həkim olaraq Vüsalə xanımın cəza çəkən hər bir məhkuma qarşı göstərdiyi tibbi xidmətin səviyyəsi, insani münasibəti və s. gündəlik özünü göstərməkdə davam edir. Bəli, bu Müalicə Müəssisəsində saxlanılan şəxslərin azadlıqları qanuna müvafiq qaydada məhdudlaşıdırılsa da, Vüsalə həkim öz üzərinə düşən məsuliyyəti hiss edir və o, qanunun tələbləri əsasında fəaliyyətini davam etdirir. Hər şeydən öncə o, bir vətəndaş olaraq vətəndaş nüfuzunu qorumağa, əməli addımları ilə həkim adını daha şərəfli tutmağa çalışır. Belə bir səbəbdəndir ki, bu gün terapiya şöbəsində müalicə olunan şəxslər Vüsalə xanımın fəaliyyətini hər zaman yüksək qiymətləndirir və ona qarşı hörmət və rəğbət hisslərini ifadə etməyi gizlətmirlər.

Zamiq